ABŞ-ın axtardığı terrorçu təslim oldu
Bizi izləyin

Dünya

ABŞ-ın axtardığı terrorçu təslim oldu

ABŞ-ın barəsində axtarış elan etdiyi əş-Şəbab qruplaşmasının lideri Zəkəriyyə İsmayıl Əhməd Hersi Somali polisinə təslim olub.

Publika.az-ın məlumatına görə, bu barədə Somali rəsmiləri bildiriblər.

Qeyd edək ki, 2012-c ildə ABŞ Hersinin tutulmasına kömək edəcək məlumata görə 3 milyon dollarlıq mükafat təsis etmişdir.

Mart ayının əvvəlindən Afrika İttifaqı və hökumət qüvvələrinin irəliləməsi nəticəsində əş-Şəbab təşkilatı Somalinin bir neçə şəhərindən geri çəkilib.

Əş-Şəbab ötən ildən bəri Keniyadakı ticarət mərkəzinə hücumla yanaşı bir neçə ölümcül basqın həyata keçirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm