Növbəti "Agent 007" qaradərili olacaq
Bizi izləyin

Dünya

Növbəti "Agent 007" qaradərili olacaq

Nelson Mandela obrazını yaratdığına görə məşhurlaşmış 42 yaşlı britaniyalı aktyor İdris Elba gələcəkdə "Bondiana" filmlərinndə baş rolda çəkiləcəyini istisna etməyib.

Publika.az-ın məlumatına görə, İdris Elbanın Ceyms Bond obrazını yaradan sayca yeddinci aktyor ola bilməsi haqda məlumatlar dekabr ayının əvvəlində Sony Pictures Entertainment şirkətinə edilmiş haker hücumundan sonra yayılmağa başlayıb.

Hakerlər şirkətin məxvi işgüzar yazışmasını internetdə yerləşdiriblər.

Həmin materiallar arasında, o cümlədən, Sony Pictures şirkətin rəhbəri Emi Paskaldan güman edildiyi kimi Bond filmlərini çəkmək hüququna malik Colambia Pictires studiyasının keçmiş vise-prezidenti Elizabet Kantilyonun adına ünvanlanmış məktub da yer alıb: “Bond rolunun növbəti ifaçısı İdris olacaq”.

Sony Pictures bu xəbərlərə hələlik münasibətini bildirməyib.

Sentyabr ayında keçirilmiş tədbirlərdən birində İdris Elba Bond rolunda çəkilmək istərdimi sualına cavab olaraq deyib:“Təklif gəlsə, əlbəttə”.

1962-ci ildən başlayaraq Bonda haqqında 23 film çəkilib, Bondinadan 6 milyard dollar qazanc əldə edilib.

İndiyədək “007 agenti” obrazını 6 aktyor yaradıb.

Hazırkı, sayca 6-cı “Bond” rolu ifaçısı aktyor Daniel Creig 2015-ci ildə başlayan Bondiananın sayca 24-cu filmində çəkilşlərə başlayacaq. Həmin filmin adı şərti olaraq hələlik “Spektr” adlanır.

Daniel Creig gəcəkdə “Bond” layihəsindən ayrılmaq arzusunda olduğunu açıqlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm