• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Kadırov 20 min çeçen könüllüsünü Putinin əmrinə verir

  • Dünya
  • 28 Dekabr 2014 21:54
  • 2 121 Baxış
Kadırov 20 min çeçen könüllüsünü Putinin əmrinə verir

Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov Rusiya prezidenti Vladimir Putinin sərəncamına 20 min çeçen könüllüsünü vermək niyyətindədir.

Publika.az-ın “İnterfaks” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Kadırovun özü Bilimxanova adına stadionda hərbi hazırlığı keçmiş təxminən 20 min könüllü qarşısında çıxışında deyib.

Çeçenistan prezidentinin sözlərinə görə, ordunun mövcudluğuna baxmayaraq, bəzi məsələləri yalnız xüsusi hazırlıq könüllülər yerinə yetirə bilər. Kadırov bildirib ki, çeçen xalqı Rusiya prezidenti Vladimir Putini dəstəkləyir və hərbi hazırlıq keçmiş könüllülər onun əmri ilə istənilən tapşırığı yerinə yetirməyə hazırdır.

“Amerika və Avropa Rusiya iqtisadi müharibə elan edib. Ölkədə xaos və kütləvi qarışıqlar yaratmağa çalışırlar. Ancaq Rusiya xalqı öz lideri Vladimir Putinin ətrafında birləşib. Avropa və Amerikaya qarşı mübaqizədə çeçen xalqı mərkəzi yerlərdən birini tutur. Ölkədə daimi ordu, aviasiya, donanma və nüvə gücləri var. Ancaq elə məsələlər var ki, onlar yalnız könüllülər tərəfindən həll edilir. Və biz onları həll edəcəyik".

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR