Aralıq dənizində yanan gəmidən 150 sərnişin xilas edilib - VİDEO, FOTO
Bizi izləyin

Dünya

Aralıq dənizində yanan gəmidən 150 sərnişin xilas edilib - VİDEO, FOTO

Yunanıstandan İtaliyaya gedən və 480 sərnişin daşıyan bir feribotta yanğın başlayıb.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, ölü və yaralılar barəsində hələ heç bir məlumat yoxdur.

Yunanıstan yaxınlıqdakı gəmilərə feribotta olan sərnişinlərin götürülməsi barədə təlimat verib. Sərnişinlərdən 268-nin yunan, 54-nün isə türk olduğu deyilir.

Son məlumatlara görə, indiyə qədər 150 sərnişin xilas edilib. İtaliya və Albaniyanın da xilasetmə işlərinə dəstək verdiyi bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm