Facebook vəfat etmiş körpənin fotosuna görə üzr istədi
Bizi izləyin

Dünya

Facebook vəfat etmiş körpənin fotosuna görə üzr istədi

Yeni İl ərəfəsində Facebook sosial şəbəkəsi bütün istifadəçilərinə onların profillərində yerləşdirdikləri fotolar arasında təsadüfən seçilən şəkillərdən ibarət "İlə baxış"ı (Year in Review) təklif etmişdi. Sosial şəbəkə bu minvalla istifadəçilərinə ötən illin yaddaqalan hadisələrini xatırlatmaq istəyirdi.

Amma yenilik hamını xoşuna gəlməyib.

Yazıçı və veb-dizayner Erik Meyer bu ilin əvvəlində 6 yaşlı qızını itirib. Onun qızı beyin xərçəngindən keçinib. Facebook isə qızın fotosunu avtomatik generasiya edərək Meyerin profilindəki "İlə baxış"a yerləşdirib.

Halbuki dərdli ata qızının fotolarına baxaraq yenidən depressiyaya qapılmaq istəmirdi.

"İlə baxış"ın yaradılması prosesinə görə məsul olan Conatan Geller Facebook-un adından Meyerdən üzr istəyib və deyib ki, belə halların təkrarlanmaması üçün Facebook servisini təkmilləşdirməyə çalışacaq.(milli.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm