Sabiq məsləhətçi: “Putin Donbasda tələyə düşüb”
Bizi izləyin

Dünya

Sabiq məsləhətçi: “Putin Donbasda tələyə düşüb”

“Separatçılar və Rusiya hərbçiləri tərəfindən işğal edilmiş Donbas hövzəsi artıq Rusiya prezidenti Vladimir Putinə lazım deyil”.

Publika.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya prezidenti Vladimir Putinin sabiq məsləhətçisi, iqtisadçı Andrey İllarionov deyib.

Onun fikrincə, Putin Donbasda tələyə düşüb və bu əraziləri Ukrayna tərkibinə geri "itələməyə çalışır.

“Nə Krım, nə də Şərqi Donbas hövzəsi Rusiya büdcəsi üçün çox böyük yük olmayacaq. Bölgə əhalisi Rusiya əhalisinin cəmi 4 faizini təşkil edir. Amma Putin üçün Şərqi Donbas hövzəsi öz-özlüyündə maraqsızdır", - iqtisadçı əlavə edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm