Belarus hökumətinə yeni təyinatlar olub
Bizi izləyin

Dünya

Belarus hökumətinə yeni təyinatlar olub

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Nazirlər Kabinetinin və Milli Bankın yeni rəhbərlərini təyin edib.

Hökumətin başçısı Mixail Myasnikovu əvəzləyən Aleksandr Lukaşenko daha əvvəl Prezident Administrasiyasının başçısı işləyən Andrey Kobyakov yeni Baş nazir təyin edib. A.Kobyakov iqtisadiyyatın davamlı inkişafının təmin olunmasını və əhalinin həyat səviyyəsinin yüksəldilməsini hökumətin başlıca vəzifəsi sayır.

Pavel Kallaur isə Milli Bankın idarə heyətinin yeni sədridir. Onun sözlərinə görə, valyuta bazarında sabitliyin saxlanılması, valyuta-mübadilə əməliyyatlarının təmin edilməsi istiqamətində tədbirlər görmək təxirəsalınmaz məsələdir.

Bir neçə əsas nazirliyin rəhbərləri də dəyişdirilib. Belə ki, Vladimir Zinovski iqtisadiyyat naziri, Vitali Vovk sənaye naziri, Mixail Juravkov təhsil naziri, Sergey Nalivayko vergilər və rüsum naziri təyin olunublar.

A.Lukaşenko hökumətdə və iri sənaye müəssisələrində digər təyinatlar da həyata keçirib. Minsk avtomobil zavoduna, “Belşina” ASC-yə, Minsk motor zavoduna və “Bobruyskaqromaş”a yeni direktorlar təyin edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm