• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

"Əfqanıstan hələ də təhlükəli yerdir"

  • Dünya
  • 29 Dekabr 2014 06:56
  • 368 Baxış
"Əfqanıstan hələ də təhlükəli yerdir"

ABŞ Prezidenti Barak Obama Əfqanıstanda hərbi missiyanın başa çatdığını bəyan edib.

Publika.az-ın məlumatına görə, bu barədə Ağ Evin yaydığı məlumatda deyilir.

Əfqanıstandakı hərbi əməliyyatları ABŞ tarixində ən uzunmüddətli müharibə adlandıran Barak Obama 13 il əvvəl 11 sentyabr terror hadisəsindən sonra Amerika xalqının Əfqanıstanda terrorizmə qarşı müharibəyə başladığını qeyd edib. O, bu müharibədə 2200 Amerika əsgərinin həlak olduğunu, onların ABŞ vətəndaşlarının təhlükəsizliyi uğrunda canlarından keçdiyini bildirib.

Eyni zamanda ABŞ Prezidenti Əfqanıstanın hələ də təhlükəli yer olduğunu, əfqan xalqı və ölkənin güc strukturlarının sabitliyi bərpa etmək üçün mübarizəni davam etdirdiklərini qeyd edib. Əfqanıstan dövlətinin dəvət ilə bu ölkədə məhdud sayda ABŞ hərbi qulluqçularının qalacağını deyən Barak Obama onların əsasən yerli güc strukturlarına təlimlər keçəcəyini, Əl-Qaidə terrorçularına qarşı əməliyyatlar hazırlamaqda kömək edəcəklərini bildirib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR