İŞİD-ə qarşı quru əməliyyatlarına başlanılacaq
Bizi izləyin

Dünya

İŞİD-ə qarşı quru əməliyyatlarına başlanılacaq

“İŞİD terror qruplaşması ilə mübarizədə vaxtı gələndə quru əməliyyatı da başlayacaq”.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu sözləri ABŞ prezidenti Barak Obamanın İŞİD-lə qlobal mübarizə üzrə xüsusi nümayəndəsi, təqaüddə olan general Con Allen deyib.

İŞİD-ə qarşı hava əməliyyatlarının ilk nəticələrini verdiyini deyən amerikalı general terror qruplaşmasının neft ticarətinə zərbə vurulduğunu deyib. İlk mərhələ olaraq İŞİD-in Suriya və İraqda irəliləyişinin dayandırıldığını qeyd edən Allen bundan sonrakı mərhələlərdə təşkilatın silah təminatının qarşısının alınacağını, təşkilatla ideoloji olaraq mübarizə aparılacağını bildirib.

İŞİD-ə qarşı bu günə qədər hava əməliyyatlarına üstünlük verildiyini, İraq ordusu və Peşmərgə güclərinə hərbi təlimin davam etdiyini ifadə edən Allen vaxtı gələndə quru başlanılacağını dilə gətirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm