Hindistanda 7 yaşlı uşağın 80 dişini çıxartdılar – İNANILMAZ FOTO/VİDEO
Bizi izləyin

Dünya

Hindistanda 7 yaşlı uşağın 80 dişini çıxartdılar – İNANILMAZ FOTO/VİDEO

Hindistanda kifayət qədər nadir və mürəkkəb bir cərrahiyyə əməliyyatı müvəffəqiyyətlə həyata keçirilib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Vivek adlı 7 yaşlı oğlanın 80 dişi çıxarılıb.

Uşaqdakı anomaliyanın aradan qaldırması üçün həkimlərə dörd saat lazım oldu. Həkim Barat Maxeşvari bildirib ki, uşaqda 1 dişin ətrafında çoxlu artıq diş yaranıb. Onun sözlərinə görə, uşağın ailəsi əməliyyata indi razılıq verməsəydi, dörd il sonra 200 dişin çıxarılması lazım olacaqdı.

Bu ilin yayında isə Mumbay şəhərində oxşar əməliyyat keçirilib. Həmin vaxt 17 yaşlı bir şəxsin 260 dişindən 232 dişi çıxarılmışdı. Bundan daha əvvəl analoji hadisə yalnız bir dəfə baş verib. Pasiyentin yuxarı çənəsindən 37 diş çıxarılmışdı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm