İŞİD beynəlxalq koalisiyanın qırıcısını vurdu
Bizi izləyin

Dünya

İŞİD beynəlxalq koalisiyanın qırıcısını vurdu

“İslam Dövləti”nin (İŞİD) silahlıları İraqda beynəlxalq koalisiyanın hərbi təyyarəsini vurub.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə “Sky News Arabia” telekanalı bildirib.

Qırıcı ölkənin şimalında Duluiyya şəhəri yaxınlığında düşüb. Bağdad və Vaşinqton hadisə ilə bağlı şərh verməyiblər. Təyyarənin modeli və zərərçəkənlər haqqında məlumat açıqlanmayıb.

İŞİD bir neçə gün əvvəl isə koalisiya qüvvələrinin tərkibində yer alan İordaniya təyyarəsini İraqda vurub. Pilot hazırda İŞİD-in əlindədir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm