Gələn il bu ölkələr parçalanacaq - Siyahı
Bizi izləyin

Dünya

Gələn il bu ölkələr parçalanacaq - Siyahı

İsrail kəşfiyyatı 2015-ci ilə olan proqnozlarını açıqlayıb.

Axar.az xəbər verir ki, İsrail hərbi kəşfiyyatının məlumatına görə, gələn il Liviya iki, Sudan isə üç yerə bölünəcək.

Həmçinin Yəmən, Suriya, İraq və Somalidəki silahlı qarşıdurmalar bu ölkələrin bölünməsini sürətləndirəcək və ətraf bölgələrə də yayılacaq.

Silahlı qarşıdurmaların Misir, İordaniya, Səudiyyə Ərəbistanı və Qətərə də yayılma ehtimalının olduğu vurğulanır.

Eyni zamanda, Qətər və Misir arasındakı yaxınlaşmanın İsrail üçün əhəmiyyətli olduğu bildirilir. Bu razılaşmanın Qəzza-İsrail sərhədində baş verə biləcək hər hansı fəlakətin qarşısını almaqda böyük rol oynayacağı güman edilir.

Hərbi kəşfiyyatın proqnozlarına görə, gələn il İsrail ilə HƏMAS arasında daha bir müharibə baş verəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm