
Rusiya Ali Məhkəməsi “İslam Dövləti” və “Əl-Nusra” cəbhəsini terror təşkilatları siyahısına salıb.
Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Ali Məhkəmə bununla Rusiya Baş prokurorluğunun noyabr ayında qaldırdığı iddianı təmin edib.
İŞİD terror təşkilatının əsası 2006-cı ildə qoyulub. Təşkilat bu ilin yayında İraq və Suriya ərazisinin xeyli hissəsini tutaraq xilafətin yaradıldığını elan edib.
“Əl-Nüsra” Cəbhəsi 2012-ci ilin yanvarında Suriyadakı vətəndaş müharibəsinin gedişatında yaranıb. Qruplaşma “Əl-Qaidə” terror təşkilatının bölməsi kimi tanınır.
Ömər Dağlı