Moskva anti-Rusiya koalisiyasının məğlubiyyətini elan etdi
Bizi izləyin

Dünya

Moskva anti-Rusiya koalisiyasının məğlubiyyətini elan etdi

“Görünməmiş səylərə baxmayaraq, ABŞ genişmiqyaslı anti-Rusiya koalisiyasını yarada bilmədi”.

Publika.az-ın verdiyi xəbərə görə, bu sözləri Rusiyanın xarici işlər naziri Serqey Lavrov “İnterfaks” xəbər agentliyinə müsahibəsində deyib.

Sergey Lavrovun sözlərinə görə, Rusiya 2014-cü ildə dövlətlərin əksəriyyəti ilə “bərabər hüquqlu dialoq”u inkişaf etdirib.

“Moskva Qərblə qarşıdurmada maraqlı deyil. Qərb partnyorlarının düşmən addımlarına baxmayaraq, Rusiya əvvəlki kimi primitiv qarşıdurma sxemlərinə cəlb edilməsinə qarşı çıxır. Rusiya hamı ilə hüquq bərabərliyi, qarşılıqlı hörmət və maraqların balansı əsasında əməkdaşlığa üstünlük verir. Rusiyanı kənar təsirlərə tabe etmək, bizim hesabımıza öz problemlərini həll etmək cəhdi tarixdə heç kimdə alınmayıb və alınmayacaq", - Lavrov bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm