Qadın voleybolçular arasında CEV kubokunun “Çelenc
raund”u başa çatıb. Publika.Az xəbər verir ki, cavab oyunundan
sonra yarımfinalçıların tam tərkibi bəlli olub.
Yarımfinala bir gün əvvəl Polşa “Ban Fakro”sunu məğlub etməklə
yüksələn Azərbaycan təmsilçisi “Azəryol”un rəqibi İstanbulda
müəyyənləşib.
Türkiyə təmsilçisi “Fənərbaxça” Polşa “Agel”ini evdə də 3 setdə
üstələyib. Bununla da İstanbul nəhəngi “Azəryol”a rəqib olub.
Təmsilçimiz ilk matçı səfərdə keçirəcək. Digər cütdə isə Rusiya
“Uraloçka”sı ilə Almaniya “Dresdner”i qarşılaşacaq.
Aygün İlqarqızı