“AirAsia” laynerinin itdiyi ərazidə neft ləkələri aşkarlanıb
Bizi izləyin

Dünya

“AirAsia” laynerinin itdiyi ərazidə neft ləkələri aşkarlanıb

İndoneziya Hərbi Hava Qüvvələrinin vertolyotu “AirAsia” laynerinin yoxa çıxdığı zonada iki neft ləkəsi aşkarlanıb.

Publika.az-ın “Global News” nəşrinə istinadən verdiyi məlumata görə, neft ləkələri Avstraliya təyyarəsi tərəfindən aşkarlanan şübhəli obyektlərə yaxın ərazidədir.

Hazırda neftin ləkələrinin itmiş avialaynerlə hər hansı əlaqəsinin olub-olmadığı aşkarlanır.

Qeyd edək ki, Avstraliyanın “AP-3C Orion” təyyarəsinin pilotları Yava dənizində şübhəli obyektləri aşkarlayıb. Şübhəli obyektlər İndoneziyanın Kalimantan adasının cənub-qərbindəki Pankalanbuun şəhərindən yüz mil cənubi-qərbdədir. Həmin ərazi isə laynerin radarlardan itdiyi yerdən təxminən 700 mil aralıdadır.

İndoneziyanın vitse-prezidenti Yusuf Kala bildirib ki, şübhəli obyektlər itmiş “Airbus”un qırıntıları deyil.

Xatırladaq ki, QZ8501 uçuş nömrəsi ilə uçan təyyarə ilə əlaqə dünən yerli vaxtla saat 07:24-də kəsilib. “Airbus A320-200” tipli təyyarədə olanlardan 155-i sərnişin, 7-si ekipaj üzvüdür. Məlumata görə, təyyarə ilə əlaqənin itməsindən əvvəl ekipaj heyəti sıx hava buludundan qaçmaq üçün təyyarəni 9,75 kilometrdən 11,5 kilometrə qədər qaldırdığını bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm