Poroşenko varidatının taleyindən danışdı: “Bunun üçün söz verməmişəm”
Bizi izləyin

Dünya

Poroşenko varidatının taleyindən danışdı: “Bunun üçün söz verməmişəm”

Ukrayna prezidenti Pyotr Poroşenko “5 kanal”da ona aid olan aktivləri satmağa hazırlaşmır.

Publika.az-ın “unian.net” saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna prezidentinin özü illik mətbuat konfransında bildirib.

“5 kanal”ı satmadım və bunun üçün söz də vermədim. Düşünürəm ki, “5 kanal” bu gün Ukrayna jurnalistikasının nümunəsidir və jurnalistlər də bunu təsdiq edə bilərlər. Yəni, “5 kanal”ı satmaq fikrində deyiləm”, - prezident deyib.

Eyni zamanda, onun sözlərinə görə, “Roshen” şirniyyat şirkətinin satışı ilə bağlı razılaşma artıq bağlanıb. O, prosesi ölkədəki pis investisiya mühitinin çətinləşdirdiyini söyləyib: “Mən hazırda “Roshen”ə təsir etmək üçün istənilən vasitədən məhrum edilmişəm. Amma müharibə şəraitində ölkəyə investorlar gəlmirlər və şirkəti satmaq mümkün deyil. Mənə məlumat veriblər ki, 4 potensial alıcı var, amma danışıqlar ləngiyir”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm