• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Poroşenko mətbuat konfransında qanun imzaladı

  • Dünya
  • 29 Dekabr 2014 18:25
  • 394 Baxış
Poroşenko mətbuat konfransında qanun imzaladı

Ukrayna prezidenti Pyotr Poroşenko bloklara qoşulmayan ölkə statusundan imtina barədə qanunu imzalayıb.

Publika.az-ın “unian.net” saytına istinadən verdiyi məlumata görə, prezident bunu Kiyevdə keçirdiyi mətbuat konfransında edib.

Qeyd edək ki, müvafiq qanun layihəsi dekabrın 23-də Ali Radada qəbul edilib.

Ukrayna 2010-cu ildən bəri bloklardan kənar ölkə statusunu daşıyırdı. 2010-cu ildə Viktor Yanukoviç dövründə qəbul olunan qanun istənilən hərbi-siyasi ittifaqlarda, o cümlədən NATO-da Ukraynanın iştirakını qadağan edirdi.

Ukraynanın yeni Ali Radasının noyabrın 27-də keçirilən ilk iclasında prezident Pyotr Poroşenko bildirib ki, 2010-cu ildə elan edilmiş Ukraynanın bloklara qoşulmamaq siyasəti ölkənin ərazi bütövlüyünə zəmanət verməyi bacarmadı. O qeyd edib ki, bu siyasətdən imtina etmək lazımdır. Poroşenko həmçinin qeyd edib ki, Ukraynanın NATO-da olub-olmayacağı məsələsini siyasətçilər deyil, Ukrayna xalqı həll edəcək.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR