Donetsk aeroportunda 14 separatçı öldürülüb
Bizi izləyin

Dünya

Donetsk aeroportunda 14 separatçı öldürülüb

Bu gün Donetsk aeroportu ərazisində Ukrayna hərbi qulluqçuları və separatçılar arasında şiddətli döyüş baş verib.

Publika.az-ın “unian.net” saytına istinadən verdiyi məlumata görə, bu barədə Kiyevdə keçirdiyi mətbuat konfransında Ukrayna prezidenti Pyotr Poroşenko bildirib.

“Donetsk aeroportunda döyüş haqqında informasiya var. Separatçıların hücumu hərbçilərimizin səyləri nəticəsində dəf edilib. İtkilər var. Biz üç hərbi qulluqçunu itirmişik. Separatçıların itkisi isə 14 nəfərdir. Qarşı tərəfdən bir döyüşçü əsir götürülüb”, - dövlət başçısı əlavə edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm