Sabah müxalifətçilərə hökm oxunacaq
Bizi izləyin

Dünya

Sabah müxalifətçilərə hökm oxunacaq

Rusiya müxalifətinin liderlərindən olan Aleksey Navalnı və onun qardaşı Oleq Navalnı barəsində məhkəmə hökmü yeni ilin başlanmasına qədər çıxarılacaq.

Publika.az-ın “lenta.ru” saytına istinadən verdiyi məlumata görə, “İv Roşe" işi üzrə son məhkəmə iclası 15 yanvar tarixindən 30 dekabr 2014-cü ilə keçirilib.

Bu barədə Aleksey Navalnı özünün bloqunda yazıb. “Bizim hamınıza (vəkillər, Aleksey və Oleq) xəbərdarlıq etdilər ki, hökm 30 dekabrda, saat 9:00-da elan olunacaq”, - Navalnı yazıb.

Bu barədə informasiyanı qardaşların vəkili Vadim Kobzev də təsdiqləyib. Məhkəmə prosesinin son iclasının vaxtının dəyişdirilməsi isə 15 yanvar 2015-ci il tarixində müxalifətçinin tərəfdarlarının icazəsiz etiraz aksiyasını planlaşdırması ilə izah olunur. Navalnının tərəfdarları məhkəmə prosesinin siyasi xarakter daşıdığını iddia edirlər.

Qeyd edək ki, prokuror Moskvanın Zamoskvoretski məhkəməsindən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Navalnının 10 il azadlıqdan mərhum edilməsini xahiş edib. Prokuror siyasətçinin qardaşı Oleq Navalnının isə səkkiz il azadlıqdan məhrum edilməsini istəyib.

Xatırladaq ki, məhkəmə bu ilin fevral ayının 14-də A.Navalnı barəsində hökm çıxarıb. Moskvanın Basman rayon Məhkəməsi rusiyalı siyasətçiyə ev dustaqlığı cəzası kəsib. Cəzanın müddəti bir neçə dəfə uzadılıb və son müddət 14 fevral 2015-ci ildir.

Müxalifətçi və onun qardaşı “İv Roşe" şirkətində qanunsuz pul əməliyyatlarını aparmaqda ittiham olunur. 2013-cü ilin iyulunda isə A.Navalnı “Kirovles” müəssisəsinin əmlakını oğurlamaqda ittiham edilmişdi və beş il azadlıqdan məhrum edilib. Daha sonra isə məhkəmə bu cəzanı şərti cəza ilə əvəz edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm