• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Böyük müharibə başlayır: 361 tank, 357 min könüllü

  • Dünya
  • 30 Dekabr 2014 01:51
  • 1 097 Baxış
Böyük müharibə başlayır: 361 tank, 357 min könüllü

İraq hökuməti İŞİD-i başda Mosul və neft bölgəsi Beyce başda olmaqla işğal etdiyi bölgələrdən çıxarmaq üçün genişmiqyaslı əməliyyat keçirməyə hazırlaşır.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, ABŞ əməliyyatın həyata keçirilməsinə böyük köməklik göstərəcək.

İraq parlamentinin təhlükəsizlik və müdafiə komissiyasının üzvü Macid Garavi bildirib ki, Vaşinqton ilə Bağdad arasındakı hərbi razılaşma çərçivəsində İraq ordusunun gücləndirilməsi üçün yanvar ayının əvvəlində 61 “Abrahams” tankı göndəriləcək. O, Küveytin 300 tankın hədiyyə edəcəyini söyləyib.

Təxminən 357 min sünni isə İŞİD-lə döyüşmək üçün hərbi mərkəzlərə adını yazdırıb. Eyni zamanda İŞİD Mosulun müdafiəsinə hazırlaşır. Terror qruplaşması Mosulda böyük müharibəyə hazırlıq çərçivəsində şəhərin ətrafında xəndək qazır.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR