• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Poroşenko Putinə meydan oxudu

  • Dünya
  • 30 Dekabr 2014 03:04
  • 512 Baxış
Poroşenko Putinə meydan oxudu

“Minsk müqaviləsinin əsas şərti sərhədlərin tamamilə örtülməsi və xarici qoşunların Ukraynanın ərazisindən çıxarılmasıdır”.

Publika.az-ın “RBK-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Ukrayna prezidenti Pyotr Poroşenko Kiyevdə keçirdiyi mətbuat konfransında deyib.

Poroşenko bildirib ki, xarici qoşunlar çıxarılan kimi Donbas hövzəsində heç bir münaqişə olmayacaq. Dövlət başçısı son 8 ay ərzində ordu quruculuğunda əhəmiyyətli addımların atıldığını qeyd edir: “Son səkkiz ay ərzində Ukrayna Avropada ən yaxşı döyüş bacarığı olan ordulardan birini yaradıb. Son il Ukrayna və Avropa üçün çox ağır oldu. Etiraf etmək lazımdır ki, dünya daha az təhlükəsiz olub və Avropanın hərbi təhlükəsizlik sistemi məhv edilib. Ukrayna hərbçiləri Donbas hövzəsində Rusiya qoşunlarının müdaxiləsini dayandırmaq üçün kifayət qədər silahlara malikdir. Bizdə tanklar və artilleriya kifayət qədərdir”.

P.Poroşenkonun sözlərinə görə, Ukrayna ordusu Rusiyanın işğalçı qoşunlarının xain müdaxiləsindən sonra - 25 avqust 2014-cü ildə xüsusi reyd təşkil edib: “Heç kəs İlovaysk faciəsini unutmayıb və unutmayacaq. İlovaysk faciəsi üçün artıq yüzlərlə qatil cəzalandırılıb. Bilirsiniz nə vaxt ki? Sentyabrın 3-də biz iki taktik qrupu - 95-ci və 79-cu briqadaları topladıq. Ukraynanın 1200-dən desantı Baş qərargahın başçısı Mujenkonun rəhbərliyi altında İlovayskın arxasına keçdi. Yüzlərlə qatil cəzalandırıldı, onlar ya yerdə uzanaraq qaldılar, ya da evə sinkdə getdilər”

.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR