Lukaşenko Belarus Ordusunu Donetskə göndərir
Bizi izləyin

Dünya

Lukaşenko Belarus Ordusunu Donetskə göndərir

Belarus sülhməramlı qüvvələrini Ukraynanın şərqinə göndərməyə hazırdır.

Axar.az xəbər verir ki, bu barədə danışan Belarus Prezidenti Aleksandr Lukaşenko özünün də münaqişə bölgəsinə getməyə hazır olduğunu bildirib.

Lukaşenko Ukrayna ilə bağlı tənqid edildiyini də bildirib:

"Əgər bizim hərbi qulluqçularımız münaqişə bölgəsinə gedəcəklərsə, o zaman birinci mən ora gedəcəyəm. Mənim böyük oğulum da bu problemlərlə məşğul olur, o da orada olacaq. Mən ordunu harasa yönəltməyə hazırlaşmırdım, ancaq məni tənqidə məruz qoyurlar".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm