Mehmet Ali Ağca deportasiya olundu - FOTO
Bizi izləyin

Dünya

Mehmet Ali Ağca deportasiya olundu - FOTO

Italiyaya vizasız daxil olduğuna görə, polis tərəfindən saxlanılan Mehmet Ali Ağca ötən gün Türkiyəyə deportasiya olunub.

Publika.az xəbər verir ki, o, dekabrın 29-da Türkiyə vaxtilə saat 23:00-da İstanbula gəlib.

Qeyd edək ki, Mehmet Əli Ağca 1981-ci ildə Roma Papası II İohan Paveli minlərlə insanın gözü qarşısında atəş açaraq yaralayıb. 30 il həbsə məhkum olunan Mehmet Ali 2010-cu ildə azad edilib. Ötən həftə o, II İohan Pavelin məzarını ziyarət etmək üçün qaçaq yolla Vatikana getmişdi. Məzarı ziyarət etdikdən sonra hazırkı Roma Papası ilə görüşmək istəsə də, Vatikan onun istəyini rədd etmişdi. Ölkəyə vizasız daxil olduğuna görə isə İtaliyan polisi tərəfindən saxlanılmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm