• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Tetçer Qorbaçovun arvadı barədə hansı gizlini açıqlayıb?

  • Dünya
  • 30 Dekabr 2014 11:06
  • 1 640 Baxış
Tetçer Qorbaçovun arvadı barədə hansı gizlini açıqlayıb?

Böyük Britaniyanın Milli arxivi ölkənin keçmiş baş naziri Marqaret Tetçerin SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçovla yazışmasını məxfilikdən çıxarıb.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə “Agence France-Presse” xəbər agentliyi bildirib.

Mixail Qorbaçovun Böyük Britaniyaya birinci rəsmi səfəri 1984-cü ildə - Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsindən dörd ay əvvəl baş tutub. Tetçerlə Qorbaçovun yazışması barədə dərc olunan məqalədə qeyd edilir ki, ABŞ-ın o vaxtkı prezidenti Ronald Reyqan sovet liderini gülərüz və məlahətli insan kimi təsvir edir.

“O, özünü nisbətən açıq aparır. Mən əminəm ki, onunla işləmək olar. O, əslində mənim xoşuma gəldi”, - Tetçer qeyd edib.

Bundan başqa, dərc edilmiş sənədlərdə Qorbaçovun xanımı Raisanın Britaniyada olarkən nə ilə yadda qaldığı qeyd olunub. Raisa səfər zamanı ölkənin ən yaxşı zərgərlik mağazalarından olan “Mappin and Webb”də olub. O, burada brilyantlar və yaqutlarla bəzədilmiş qızıl sırğalar alıb.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR