Rusiya müxalifətinin liderlərinə hökm oxundu
Bizi izləyin

Dünya

Rusiya müxalifətinin liderlərinə hökm oxundu

Moskvanın Zamoskvoretski rayon məhkəməsi Rusiya müxalifətinin liderlərindən olan Aleksey Navalnı və onun qardaşı Oleq Navalnı barəsində “İv Roşe" işi üzrə hökm oxunub.

Publika.az-ın “İnterfaks” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, məhkəmə Aleksey və Oleqi “İv Roşe” şirkətinin pulunu oğurlamaqda günahkar hesab edib.

Məhkəmənin hökmünə əsasən, Aleksey Navalnı 3,5 il şərti cəza alıb, Oleq Navalnı isə 3,5 il azadlıqdan məhrum edilib. Şərti cəzadan başqa Navalnı 500 min rubl məbləğində cərimə ödəməli olacaq.

Qeyd edək ki, prokuror Moskvanın Zamoskvoretski məhkəməsindən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Navalnının 10 il azadlıqdan mərhum edilməsini xahiş etmişdi. Prokuror siyasətçinin qardaşı Oleq Navalnının isə səkkiz il azadlıqdan məhrum edilməsini istəmişdi.

Xatırladaq ki, məhkəmə bu ilin fevral ayının 14-də A.Navalnı barəsində hökm çıxarıb. Moskvanın Basman rayon Məhkəməsi rusiyalı siyasətçiyə ev dustaqlığı cəzası kəsib. Cəzanın müddəti bir neçə dəfə uzadılıb və son müddət 14 fevral 2015-ci il idi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm