“The American Interest”: “Vaşinqton Bakını Moskvadan qorumalıdır”
Bizi izləyin

Dünya

“The American Interest”: “Vaşinqton Bakını Moskvadan qorumalıdır”

ABŞ-ın “The American Interest” nəşri post-sovet məkanında müstəqillik uğrunda aparılan savaş və Moskvanın keçmiş SSRİ ölkələrinə qarşı hücumlarından yazıb. Məqalədə Moskvanın Bakının enerji resurslarının ələ keçirmək cəhdindən də bəhs edilir.

Publika.az xəbər verir ki, nəşr Berlin divarının sökülməsindən sonra kommunizmə qarşı mübarizənin tarixə qovuşduğunu, hazırda isə Şərqi və Mərkəzi Avropaya Kremlin müdaxiləsinə qarşı mübarizə aparıldığını yazıb: “Siyasi liderlər anlamırlar ki, Berlin divarının sökülməsi təkcə kommunizm üzərində qələbə deyildi, bu, həm də Mərkəzi və Şərqi Avropa ölkələrinin Moskvanın müdaxiləsinə qarşı mübarizə dövrünün başlanması oldu. Xüsusilə bu müdaxilədən tam sığorta olunmayan ölkələr üçün çətin vəziyyət yaranıb. Dünya müharibəsindən sonra Almaniyadan fərqli olaraq Rusiya üzr istəmədi. Halbuki, kommunizm xalqları boğaraq Avropa sayağı inkişafdan saxlayırdı. Buna görə Moskva da Almaniya kimi davranmalı, üzr istəməli idi. Biz bunları görmədik. Rusiyalı siyasətçilər iddia edirlər ki, Moskvanın zəifliyindən istifadə edən NATO və Avropa Birliyi Şərqi və Mərkəzi Avropanı öz qanadı altına aldı.

Lakin Avropa və Amerika 1989-1990-cı illərin nümunəsini unutmamalı, bu gün Moskvanın hücumlarına məruz qalan ölkələri müdafiə etməli, onları anlamalıdır. Misal üçün, bu gün Ukrayna, Moldova və Gürcüstan Moskvanın təzyiqinə məruz qalır, iqtisadi çətinlik yaşayırlar. Bütün bunlar ona görə baş verir ki, bu ölkələr Avrasiya İttifaqına arxa çeviriblər. Bu gün Avropada Moskvanın tək yaxın müttəfiqləri Ermənistan və Belarusdur. Lakin hər iki ölkənin Moskvanın əsas hədəf olması şübhələr oyadır. Bu halqada əsas ölkə Azərbaycandır. Azərbaycan geosiyasi çəkiyə malikdir. Bu gün Azərbaycan ərazisinin 20 faizini işğal edən Ermənistana Rusiyanın dəstəyindən narahatdır. Bu gün o faktdır ki, Kreml üçün əsas hədəflər sırasında ilk yerlərdən birini Azərbaycan tutur. Məhz buna görə Moskva Bakının Avropa ilə enerji əlaqələrini dağıtmağa çalışa bilər. Bu isə Azərbaycanın müstəqilliyinin zəiflədilməsi deməkdir. ABŞ Azərbaycanı, həmçinin Rusiyanın təzyiq dalğası qarşısında güclə duruş gətirən digər ölkələri də qorumalıdır. Əks təqdirdə, itkilər böyük ola bilər”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm