İtmiş təyyarədən 40 cəsəd tapıldı
Bizi izləyin

Dünya

İtmiş təyyarədən 40 cəsəd tapıldı

“AirAsia İndonesia” aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olan 40-dan çox sərnişinin cəsədləri aşkarlanıb.


Publika.az “Frans-Press” agentliyinə istinadən xəbər verir ki, İndoneziya hərbi-dəniz qüvvələri tərəfindən aşkarlanan cəsədlərin sayı getdikcə artmaqdadır.

Cəsədlər Yava dənizində - Borneo adasından 160 km aralıda tapılıb. Hazırda axtarışlar davam edir.


Qeyd edək ki, İndoneziyanın Surabai şəhərindən Sinqapura uçan sərnişin təyyarəsi dekabrın 28-də radarlardan itib. Təyyarədə 17-si uşaq olmaqla, 155 sərnişin və 7 ekipaj üzvü olub.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm