Dhuluiya şəhəri İŞİD-dən azad edilib
Bizi izləyin

Dünya

Dhuluiya şəhəri İŞİD-dən azad edilib

İraq hökumətinin əsgərləri və müttəfiq Şiə döyüşçüləri Bağdadın şimalında yerləşən Dhuluiya şəhərini İslam Dövləti (İD) döyüşçülərindən geri alıblar.

Publika.az xəbər verir ki, bu barədə İraq Ordusu məlumat yayıb. İraq ordusunun Samarra Əməliyyatlar Komandirliyindən bir mənbənin verdiyi məlumata əsasən, döyüşdə 300-dək İD silahlısı öldürülüb.

Qeyd edə ki, İD döyüşçüləri Dhuluiyanın şimal hissəsini iyunda zəbt edib. Yerli Sünni tayfa İD-ə birləşməkdən imtina edəndən sonra isə İD şəhərin cənub hissəsini mühasirəyə alıb.

Bundan sonra ABŞ-ın dəstəyi ilə fəaliyyət göstərən hökumət qüvvələri tədricən cihadçıları paytaxtdan şimala və qərbə doğru uzaqlaşdırıb.

Dhuluiyanı İslam Dövlətinin nəzarətindən azad etmək üçün əməliyyatın bazar günü İraq helikopterləri və döyüş təyyarələri vasitəsilə başladığı bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm