İslam partiyasının lideri ölümə məhkum olundu
Bizi izləyin

Dünya

İslam partiyasının lideri ölümə məhkum olundu

Banqladeşdə hərbi cinayətləri araşdıran xüsusi tribunal İslamçı partiya liderlərindən birini 1971-ci ilin müstəqillik uğrunda müharibəsi zamanı baş vermiş kütləvi qırğınlara görə təqsirli sayaraq ölüm cəzasına məhkum edib.

Publika.az-ın məlumatına görə, Azharul İslam ölkənin ən iri "Camaati-İslam" islamçı partiyasının Baş katibinin köməkçisi olub. Banqladeşdə 4 il bundan əvvəl yaradılmış hərbi cinayətlər üzrə xüsusi tribunal ötən müddət ərzində 16 hökm çıxarıb.

İslamçılar məhkəmə tərəfindən siyasi motivlər əsasında təqib olunduğunu bəyan edirlər. Hüquq müdafiəsi təşkilatları məhkəmə proseslərinin beynəlxalq standartların tələblərinə cavab vermədiyini bildirilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm