Dünya
Respublikaçılar çətin durumda: Konqresmen etiraf etdi
Gələn həftədən Konqresin hər iki palatasına nəzarət etməyə hazırlaşan respublikaçılar çətin duruma düşüblər.
Publika.az-ın məlumatına görə, Nyu-York ştatının nümayəndəsi Maykl Qrim vəzifəsindən istefa verdiyini açıqlayıb. Qrim bir neçə gün öncə vergidən yayınmaqda müqəssir olduğunu etiraf edib.
Öz istefa bəyanatında sabiq dəniz piyadası və Federal Təhqiqat Bürosunun agenti olan Nyu-York qanunvericisi Konqresdə səmərəli işləyə biləcəyinə inanmadığını bildirib. O, vəzifəsinə və təmsil etdiyi insanlara hörmət əlaməti olaraq yanvar ayının 5-i istefaya gedəcəyini bildirib.
Cənab Qrimin istefasını açıqlamadan öncə Nümayəndələr Palatasının spikeri Con Beynerlə görüşdüyü bildirilir. Dekabrın 23-ü isə təqsirini etiraf etdikdən dərhal sonra konqresmen istefa etməyəcəyini bildirmişdi.
Bundan əlavə, Nümayəndələr Palatasının əsas respublikaçı üzvlərindən biri olan Luisiana ştatının nümayəndəsi Stiv Skaliz bir neçə il bundan öncə ağ irqin üstünlüyünü təbliğ edən insanların iclasında çıxış etdiyi üçün istintaq altındadır.
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO