"Həmas” Ərdoğana təşəkkür etdi
Bizi izləyin

Dünya

"Həmas” Ərdoğana təşəkkür etdi

"Həmas" təşkilatı İsraillə münasibətlərin normallaşması üçün Qəzza sektorunun blokadadan çıxarılmasını şərt kimi irəli sürən Türkiyə baş naziri Rəcəb Təyyib Ərdoğana təşəkkür edib.

Fələstinin "Həmas" təşkilatı İsraillə münasibətlərin normallaşması üçün Qəzza sektorunun blokadadan çıxarılmasını şərt kimi irəli sürən Türkiyə baş naziri Rəcəb Təyyib Ərdoğana təşəkkür edib. Publika.Az –ın verdiyi xəbərə görə, bu barədə İsrail mətbuatı bildirib.

“Ümid edirik ki, ərəb dünyasının liderləri də ondan nümunə götürəcəklər. Təəssüf ki, beynəlxalq cəmiyyət Qəzza ilə bağlı yürüdülən haqsız siyasət haqqında danışmağa cəsarət etmir”, - Fələstin Administrasiyasının nümayəndəsi İhab Əl Hüseyn söyləyib.

Qeyd edək ki, ötən həftə “Mavi Mərmərə” basqınında ölənlərin ailələrinə ödəniləcək təzminat mövzusunda Türkiyə və İsrail arasında razılaşmanın əldə olunduğu xəbərləri yayılmışdı. İsrailin ödəyəcəyi təzminatın məbləğinin isə 25 milyon dollar olduğu deyilirdi. Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu da yaxın günlərdə razılaşmanın imzalanacağını bildirmişdi. Lakin Ərdoğan bu bəyanatı təkzib edərək İsrailin qarşısına əvvəllər də qoyduğu şərtdən geri çəkilmədiyini söylədi:“Biz İsrailin Qəzza sektorundan çıxmasını nəzərdə tutan protokolun imzalanmasını istəyirik. Yalnız bundan sonra münasibətlərin bərpası haqqında danışmaq mümkün olacaq”.

Dünən isə İsrail mediası Nazirlər Kabinetindəki mənbələrə istinadən baş nazir Benyamin Netanyahunun bu şərti qəbul etməyə hazırlaşmadığını yazıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm