Avropa donur: Türkiyə reysləri təxirə saldı
Bizi izləyin

Dünya

Avropa donur: Türkiyə reysləri təxirə saldı

Avropada Yeni il bayramı şiddətli soyuqlarla müşayiət olunur.

Axar.az xəbər verir ki, ən ağır vəziyyətlərdən biri Almaniyada müşahidə edilir. Münhendə 40-dan artıq aviareys şaxtalı hava səbəbindən təxirə salınıb.

Yunanıstan da eyni vəziyyətdədir. Şaxtalı havanın mənfi 20 dərəcəyə düşməsi bu ölkədə həyatı iflic edib.

Türkiyə isə hava səbəbindən bu günə olan bəzi daxili və xarici aviareysləri təxirə salıb. 12-dək reysin təxirə salındığı siyahıda Azərbaycanın adı yoxdur.

Azərbaycanda qışın oğlan çağında yaz havası özünü göstərir ki, bu da bayram günü heç bir sıxıntı olmayacağının soraqçısıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm