Jurnalistlər üçün ən təhlükəli ölkənin adı açıqlandı
Bizi izləyin

Dünya

Jurnalistlər üçün ən təhlükəli ölkənin adı açıqlandı

2014-cü ilin nəticələrinə görə, Pakistan jurnalistlər üçün ən təhlükəli ölkə olub.

Publika.az-ın məlumatına görə, bu barədə Beynəlxalq Jurnalistlər Federasiyasının hesabatında bildirilir. Hesabata əsasən ötən il Pakistanda 14 jurnalist öldürülüb. Jurnalist ölümünə görə, ikinci yeri Suriya tutur. Bu ölkədə vəzifə borcunu yerinə yetirən 12 jurnalist həlak olub. Üçüncü pillədə Əfqanıstan və Fələstin qərarlaşıb. Bu ölkələrin hər birində 9 jurnalist öldürülüb. Dördüncü yerdə İraq və Ukraynadır. Bu ölkələrin hərəsində isə 8 jurnalist həyatını itirib.

Təşkilatın hesabatına əsasən, ümumilikdə 2014-cü ildə 118 KİV işçisi öldürülüb. 2013-cü ildə öldürülən jurnalistlərin sayı isə 105 nəfər olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm