Nazarbayevin kürəkəni qətldə ittiham olunur
Bizi izləyin

Dünya

Nazarbayevin kürəkəni qətldə ittiham olunur

Avstriya prokurorluğu Qazaxıstan prezidentinin keçmiş kürəkəni və hakimiyyətin tanınmış opponenti olan Rahat Əliyevə qarşı qətl ittihamı irəli sürüb.

Publika.az-ın məlumatına görə, Qazaxıstanın Avstriyadakı sabiq səfiri 2007-ci ildə vətənində iki yüksək rütbəli bank menecerini qətlə yetirməkdə ittiham olunur.

Avstriya Rahat Əliyevin ekstradisiyası barədə Qazaxıstanın müraciətlərini rədd etdikdən sonra sabiq diplomata qarşı cinayət araşdırmasına başlayıb.

Rahat Əliyev irəli sürülən ittihamları rədd edərək, onun siyasi motivli olduğunu bildirir.

İyun ayında o Avstriya hakimiyyətinə təslim olunduqdan sonra istintaq təcridxanasında saxlanılır. Reuters agentliyinin məlumatına görə, məhkəmə şərtləri Əliyevin zəminə buraxılmasını nəzərdə tutmur. Onun təqsiri sübuta yetirilsə, 10 ilədək azadlıqdan məhrum edilə bilər.

Rahat Əliyev prezident Nazarbayevin böyük qızının əri olub. O bir vaxtlar Milli Təhlükəsizlik Kömitəsi, Vergi Xidməti və Xarici İşlər Nazirliyində yüksək vəzifələrdə çalışıb.

2008-ci ildə Qazaxıstan məhkəməsi cinayət qrupunun təşkili, adam oğurlanması və hakimiyyəti ələ keçirmək ittihamları ilə bağlı ölkəni artıq tərk etmiş Rahat Əliyevə uzunmüddətli həbs cəzası kəsib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm