Bu qadın böyütdüyü oğlunun üzünü ilk dəfə görə bildi
Bizi izləyin

Dünya

Bu qadın böyütdüyü oğlunun üzünü ilk dəfə görə bildi

Cəmilə Kılıç 13 aydır dünyaya gətirib böyütdüyü oğlunun üzünü ilk dəfə gördü.

Publika.az-ın məlumatına görə, hadisə Türkiyənin Samsun vilayətində yaşanıb. 10 ildir ailəli olan Fərhad və Cəmilə Kılıçın 13 ay əvvəl oğlu dünyaya gəlib.

Cəmilə Kılıç 13 yaşında sağ, 4 il əvvəl sol gözü görmə qabiliyyətini itirib. Ana olan qadın oğlunun üzünü görə bilmədiyinə görə, çox pis olduğunu bildirib.

Oğlu səkkiz aylıq olanda qəza nəticəsində beyin ölümü baş vermiş kişi orqanlarını bağışlayıb. Həmin şəxsin korneası C.Kılıça köçürülüb. Əməliyyatdan sonra ilk dəfə oğlunun üzünü görən qadın çox xoşbəxt olduğunu deyib. Cəmi 20% görmə qabiliyyəti olan qadın əməliyyatdan sonra 100%-ə qədər görə bilib. O, insanları orqan bağışlamaq məsələsində daha həssas yanaşmağa səsləyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm