Rus milyarderlər Yeni il gecəsi 1,5 milyard itirdi – Siyahı
Bizi izləyin

Dünya

Rus milyarderlər Yeni il gecəsi 1,5 milyard itirdi – Siyahı

Dünya milyarderləri arasında adları yer alan 11 rusiyalı milyarder Yeni il gecəsi ümumilikdə 1,5 milyard dollara yaxın vəsait itirib.

Axar.az xəbər verir ki, dekabrın 31-də Leonid Mixelson 403,4 milyon, Vladimir Potanin 311 milyon, Vladimir Lisin 307 milyon, Alişer Usmanov 141,2 milyon ABŞ dolları itirməklə siyahıya liderlik edirlər.

Növbəti yerləri isə Sergey Qalitskiy 97 milyon, Viktor Vekselberq 48,8 milyon, Mixail Fridman 48,3 milyon, Mixail Prokorov 47,4 milyon, German Xan 33,2 milyon, Roman Abramoviç 30,3 milyon və Dmitri Ribolovlev 0,6 milyon dollarlıq itki ilə bölüşdürürlər.

Azərbaycanlı Vahid Ələkbərov da daxil olmaqla digər 4 milyarder isə 2014-cü ilin son günü qazananlar siyahısındadır. Onların ümumi qazancı 267,5 milyon olub. Belə ki, Aleksey Mordaşov 123,3 milyon, Oleq Deripaska 130 milyon, Vahid Ələkbərov 9,6 milyon və Andrey Melniçenko 4,6 milyon dollar qazanc əldə ediblər.

Xatırladaq ki, 2014-cü ilin 31 dekabr tarixində dünya milyarderləri ümumilikdə 11,7 milyard dollar pul itiriblər ki, onun da 629,3 milyonu Bill Qeytsin payına düşür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm