Ermənistan “Yeni SSRİ”nin tamhüquqlu üzvü oldu
Bizi izləyin

Dünya

Ermənistan “Yeni SSRİ”nin tamhüquqlu üzvü oldu

Ermənistan Avrasiya İqtisadi İttifaqının tamhüquqlu üzvü olub.

Publika.az-ın SİTA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Ermənistan Rusiya, Belarus və Qazaxıstanın üzv olduğu Avrasiya İqtisadi İttifaqına 2 yanvar tarixindən qoşulub.

Müvafiq razılaşma 2014-cü ilin oktyabrındaAli Avrasiya İqtisadi Şurasının Minskdə keçirilən iclasında imzalanıb. Ermənistan qurumun tamhüquqlu üzvü olmasına baxmayaraq, icra orqanlarında ilin sonuna kimi tam olmayan heyətlə təmsil olunacaq. Avrasiya İqtisadi İttifaqı ərazisinə malların idxalından alınmış gömrük rüsumlarında Ermənistanın payı 1,13 faiz təşkil edəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm