“AirAsia” təyyarəsinin qəzası ilə bağlı yeni versiya
Bizi izləyin

Dünya

“AirAsia” təyyarəsinin qəzası ilə bağlı yeni versiya

İndoneziyadan Sinqapura uçan “AirAsia” təyyarəsinin qəzası ilə bağlı yeni versiya irəli sürülüb.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Qərb KİV-i ekspertlərə istinadən təyyarənin suya oturmağa imkan tapdığını yazıb.

Ekspertlər hesab edir ki, təyyarə sonra güclü dalğalar qarşısında tab gətirməyək suyun dibinə gedib. “Əgər təyyarə suya güclü zərbə ilə dəysəydi, ELT ötürücü aparatı mütləq qəza haqqında siqnal verərdi. İndiki halda bu qurğu işləməyib. Düşünürəm ki, bu təyyarənin enməsi zamanı güclü zərbənin olmaması ilə bağlıdır”, - deyə aviasiya eksperti, qəzanın araşdırılmasını izləyən Dudi Subiyo deyib.

Oxşar versiyanı İndoneziya Hərbi Hava Qüvvələrinin keçmiş rəhbəri Çapi Xakim də irəli sürüb: “Bu mərhələdə belə nəticəyə gəldim ki, təyyarə havada partlamayıb. Əks halda ölənlərin bədənləri daha pis vəziyyətə düşə bilərdi”.

Ekspertlər diqqəti ona yönəldirlərki, dənizdə daha əvvəl təyyarənin qapılarından biri tapılıb. İndoneziyanın sabiq nəqliyyat naziri Cusmana Camalın sözlərinə görə, bu qapını kiminsə açdığını göstərir. Mütəxəssislər istisna etmirlərki, suya enmədən sonra sərnişinlərin bir hissəsi təyyarəni tərk etməyə vaxt tapıb, ancaq pis hava və güclü dalğalara görə avialayner tezliklə suyun dibinə gedib.

İndiyədək qəzaya uğramış təyyarədə olan sərnişinlərin 9 nəfərinin cəsədi tapılıb. Təyyarə dörd gün əvvəl İndoneziyadan Sinqapura uçarkən radardan itmişdi. Təyyarədə 162 sərnişin olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm