İŞİD-ə ağır zərbə: qəsəbə alındı, 50 ölü
Bizi izləyin

Dünya

İŞİD-ə ağır zərbə: qəsəbə alındı, 50 ölü

İraqın Səlahəddin mahalının Duluiye qəsəbəsi İŞİD-dən alınaraq tamamilə İraq təhlükəsizlik qüvvələrinin nəzarətinə keçib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, qəsəbənin azad edilməsi əməliyyatına ordu gücləri, polis, yerli tayfa gücləri və könüllülər qatılıb.

Dəclə Əməliyyatları Mərkəzinin komandanı, general Abdulemir Əl-Zeydi qurudan və havadan həyata keçirilən əməliyyat zamanı 50 İŞİD üzvünün öldürüldüyünü açıqlayıb. O, İŞİD-in qəsəbədən çıxarılması ilə aylardır terror təşkilatının mühasirəsində qalan yüzlərlə vətəndaşın xilas olduğunu deyib.

General bölgədə İŞİD tərəfindən yerləşdirilən bombaların da partladıldığını qeyd edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm