Gülənlə mübarizə “Qırmızı Kitab”a salındı
Bizi izləyin

Dünya

Gülənlə mübarizə “Qırmızı Kitab”a salındı

Türkiyədə hökuməti “parallel hökumət” ilə mübarizədə önəmli mərhələyə qədəm qoyub.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Milli Təhlükəsizlik Şurasının “paralel hökumət”ın təhdid olaraq “Qırmızı Kitab”a daxil edilməsini prosesini tamamlayıb.

Milli Təhlükəsizlik Şurasının əvvəlki konfransında qəbul olunan tövsiyə qərarı Nazirlər Kabineti tərəfindən təsdiq edildikdən sonra yenidən qurumun Baş Katibliyinə göndərilib.

“Paralel hökumət”nın “Qırmızı Kitab”da konkret olaraq necə təsvir edildiyinə dair hər hansı bir şərh verilmir. Ancaq bəzi iddialara görə, “Legal görüntü altında qeyri-qanuni fəaliyyətlə məşğul olan paralel hökumət" ifadəsi yer alıb. “Paralel Dövlət Yapılanması” təhlükəsizlik yazışmalarında “PDY/PO” olaraq kodlanır. Bu ixtisar isə “Paralel Dövlət Yapılanması/Pensilvaniya Təşkilatı” olaraq oxunur.

Qeyd edək ki, “Qırmızı Kitab” məxfi saxlanılan Milli Təhlükəsizlik Siyasəti Sənədidir. Milli Təhlükəsizlik Konsepsiyası xarakteri daşıyan sənəddə düşmən və dost ölkələr müəyyənləşdirilir, ölkənin xarici siyasətinin təməl prinsipləri yer alır, dövlət üçün daxili təhdid sayılan qüvvələr qeyd olunur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm