Çində diplomat rüşvətə görə vəzifəsindən azad edilib
Bizi izləyin

Dünya

Çində diplomat rüşvətə görə vəzifəsindən azad edilib

Çin Xarici İşlər Nazirliyi yüksək vəzifəli diplomatı ilə bağlı intizam pozulmasına dair istintaqın davam etdiyi bir ərəfədə onu vəzifəsindən azad edib.

Publika.az-ın məlumatına görə, bu gün yayılan bir cümləlik bəyanatda Xarici İşlər Nazirinin köməkçisi Janq Kunşenqin işdən çıxarılması ilə bağlı təfərruata varılmayıb.

Cənab Janq prezident Şi Cinpinqin anti-korrupsiya kampaniyası nəticəsində vəzifəsindən azad olunan ilk yüksək rütbəli diplomatdır.

Çin rəsmiləri korrupsiyanı izah etmək üçün “intizam pozuntusu” ifadəsindən istifadə edirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm