İŞİD-dən Məhəmməd Peyğəmbərlə bağlı qadağa
Bizi izləyin

Dünya

İŞİD-dən Məhəmməd Peyğəmbərlə bağlı qadağa

İŞİD terror təşkilatı Mosulda Məhəmməd Peyğəmbərin doğum günü ilə bağlı keçirilən Mövlud günlərini qadağan edib.

Publika.az-ın məlumatına görə, İŞİD Mosuldakı bütün məscidlərə, imamlara Məhəmməd Peyğəmbərin mövlud günü iə bağlı hər hansı bir tədbirin keçirilməməsi barədə xəbərdarlıq edib.

İŞİD "Hədisi Şərif"dən örnək gətirərək bu cür tədbirlərin xurafatçılıq olduğunu bildirib.

Sələfilərə görə, nə Hz.Məhəmməd, nə də 4 xəlifə ad günü keçirməyib. Buna görə də müsəlmanların ad günü keçirilməsi doğru hesab olunmur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm