Avropa Birliyindən Rusiyaya daha bir zərbə
Bizi izləyin

Dünya

Avropa Birliyindən Rusiyaya daha bir zərbə

Qərb ölkələri ilə Rusiya arasında qarşıdurma media sektoruna da keçib.

Axar.az xəbər verir ki, Avropa Birliyi ölkələri Rusiya televiziyalarına alternativ bir kanal yaratmaq üçün hazırlıqlara başlayıblar. Rus dilində yayımlanacaq kanalın məqsədi Putin hakimiyyətinin media üzərindən apardığı təbliğatın qarşısını almaqdır.

İngiltərə və Polşanın da olduğu 15 Avropa Birliyi ölkəsi layihəyə dəstək verir. Kanalın ən mühüm işlərindən biri isə sakinlərinin əksəriyyəti rus dilində danışan Estoniya və Latviya ilə bağlı olacaq. Məqsəd bu ölkələrdə yeni kanalın izlənməsini təmin etməkdir.

Putin rəhbərliyinin 2009-cu ildə media üzərində nəzarəti artırmasından sonra ABŞ və Avropa Birliyi rus dilində yayımlanacaq kanalın yaradılmasına dəstək olmuşdular.

Qeyd edək ki, Putin ötən ilin oktyabrında Rusiyada əcnəbilərin media qurumuna sahib olmasını məhdudlaşdıran qanun da tətbiq etmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm