Naturizm hərəkatının banisi vəfat edib
Bizi izləyin

Dünya

Naturizm hərəkatının banisi vəfat edib

Nudizm və ya naturizm hərəkatının təməlini qoyanlardan biri - Kristian Lekok 103 yaşında vəfat edib.

Publika.az-ın məlumatına görə, o, əri Albertlə birlikdə dünyanın ilk nudist istirahət mərkəzini yaradaraq mövzuya həsr edilən "Life in the Sun" adlı ilk jurnalı nəşr edib.

Nudist hərəkətı dünya boyu 14 milyon davamçıya malik olduğunu bildirir.

Kristian Lekok 1920 və 1930-cu illərdə yaranmış hərəkat təsisçilərindən həyatda qalan sonuncu şəxsi idi. O, nudizm hərəkatına 1933-c ildə, 22 yaşında ikən qoşulub. O vaxtlar Lille şəhərindəki idman klubuna ilk dəfə gələn xanım klub üzvlərinin lüt olduğunu aşkar edib.

Müharibədən sonra çılpaqlığın xeyirinə inanan cütlük Fransa Naturizm Federasiyasından sonra 38 ölkəni təmsil edən Beynəlxalq Naturizm Federasiyasının (International Naturist Federation) yaradılmasında yaxından iştirak ediblər.

Fransa Naturizm Federasiyasının prezidenti Armand Jamier ölkənin dünya nudizm mərkəzlərinə çevrilməsində Kristian Lekokun müstəsna rolunu qeyd edib.

Lekok ötən gün Parisdə dəfn olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm