Türkiyədə lift qadağan olundu
Bizi izləyin

Dünya

Türkiyədə lift qadağan olundu

Türkiyənin Edirne vilayətində ictimai binalarda ilk üç mərtəbəyə çıxmaq üçün liftlərdən istifadə etməyi qadağan edilib.

Publika.az-ın məlumatına görə, bu barədə Edirne vilayətinin qubernatoru Dursun Ali Şahin açıqlama verib. Onun sözlərinə görə, qadağa xəstəxanalara və qocalar evlərinə və sağlamlıq imkanlarına görə pilləkanla qalxa bilməyənlərə şamil olunmayacaq.

"Liftin əvəzinə pilləkanla qalxmaq həyatınıza bir gün əlavə edə bilər", - Dursun Ali Şahin deyib. O, gələcəkdə qadağanı özəl binalara da şamil etməyi planlaşdırdığını da bildirib.

"Bu addım daha yaxşı sağlamlığı təbliğ etmək üçündür. Bundan savayı, enerji xərclərini azaltmağa kömək edəcək".

Yeni qaydaların əməl olunmasını yoxlamaq üçün ictimai binaların liftlərinə keşikçilər qoyulacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm