Boka Haram 40 oğlan oğurlayıb
Bizi izləyin

Dünya

Boka Haram 40 oğlan oğurlayıb

Nigeriyanın şimal-şərqində yeləşən kənddə Boko Haram qrupuna məxsus olduqları deyilən silahlılar 40 oğlan və gənc kişini oğurlayıb.

Publika.az-ın məlumatına görə, hadisə Borno əyalətinin Malari kəndində baş verib. Kənd sakinlərinin yeni il gecəsi oğurlanıdğı bildirilir.

Qeyd edək ki, ötən il Boko Haram Bornodakı internat məktəbindən təxminən 200-dən çox qız qaçırıb. Təkcə ötən il silahlıların zorakılığı nəticəsində şimal-şərqi Nigeriyada 2000-dək adam həlak olub. Adı "Qərbyönlü təhsil qadağandır" mənasını verən Boko Haram qrupu 2009-cu ildən Nigeriyanın şimalında İslamçı dövlət yaratmağa çalışır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm