Dünya
İsveç islamafobiyaya qarşı milli strategiya hazırlayır
İsveç hökuməti müsəlman mədəni təşkilatlarının və
icmalarının iştirakı ilə islamafobiyaya qarşı mübarizə üçün milli
strategiya işləyib hazırlamaq niyyətindədir.
Axar.az RİA Novosti-yə istinadla bildirir ki,
bu fikri İsveçin Mədəniyyət naziri Alis Ba Kunke Stolholmda
müsəlman icma və məscidlərinin dəstəklənməsi məqsədilə keçirilən
nümayişdə səsləndirib.
“Mən müsəlman vətəndaş cəmiyyətinin nümayəndələri ilə birgə
islamafobiyaya qarşı milli strategiya işləyib hazırlamaq
niyyətindəyəm”, -deyə Ba Kunke bildirib.
Nazir qeyd edib ki, müsəlman icmalarının nümayəndələri ilə fevralın
əvvəlində görüşəcək. Onun sözlərinə görə, strategiyada mütləq
"islam nədir və müsəlmanlar kimlərdir" suallarının açılmasına və
aydınlaşdırılmasına xüsusi diqqət yetiriləcək.
Qeyd edək ki, İsveçdəki məscidlərin dəstəklənməsi nümayişi dünən
Stokholmda, Upsalda, Geteborq və Malmada keçirilib. İsveç KİV-in
məlumatına görə, nümayişlərin təşkilatçıları 50-yə yaxın müxtəlif
mədəni birliklərdir. Stokholmdakı nümayişdə yüzlərlə insan iştirak
edib.
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR