Dünya
İraqda ötən il öldürlənlərin sayı açıqlandı
Ötən il İraq ərazisində 12 mindən çox adam qətlə yetirilib.
Publika.az-ın məlumatına görə, bu barədə İraqa yardım göstərilməsi üzrə BMT missiyasının hesabatında bildirilir. Hesabata əsasən, bu müddət ərzində İraqda 12 min 283 adam zorakılığın qurbanı olub, 23 mindən çox adam yaralanıb. Bu, son beş ildə qeydə alınan ən çoxsaylı insan tələfatıdır.
BMT missiyasının başçısı Nikolay Mladenov bildirib ki, İraqın dinc sakinləri 2014-cü ildə də zorakılıq və terrorizmdən əziyyət çəkiblər. Qurbanların sayı İraq və Şam İslam dövləti adlandırılan terrorçu qruplaşmanın və onunla əlaqədar hərəkatların bu ölkədə törətdikləri zorakılıq hallarının çoxalması səbəbindən artıb.
Missiya təkidlə bütün tərəfləri beynəlxalq hüquqa hörmətlə yanaşmağa çağırıb.
Qeyd edək ki, təkcə dekabr ayında İraqda 1101 adam qətlə yetirilib, 1868 nəfər yaralanıb.
-
MDB23:12
Rusiya müdafiə nazirinin müavini SAXLANILDI
-
İdman22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir
-
Dünya21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO
-
Sosial21:24
Böyük ümidlərlə getmişdilər: ilk şəhidimizin məzarı tapılmadı - FOTO
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı