Məhkəməsinə bir neçə gün qalmış öldü
Bizi izləyin

Dünya

Məhkəməsinə bir neçə gün qalmış öldü

1998-ci ildə Afrikadakı ABŞ səfirliklərinə hücumlarda şübhəli bilinən Əl-Qaidə liderlərindən biri Abu Anas al-Libi məhkəməsinə bir neçə gün qalmış vəfat edib.

Publika.az-ın məlumatına görə, 50 yaşlı terrorçunun vəkili onun cümə günü müalicə olunduğu xəstəxanada qara ciyər xərçəngindən dünyasını dəyişdiyini deyib.

Libinin həyat yoldaşı Um Abdullah isə ABŞ hökumətini günahsız adamı oğurlamaqda, onunla pis rəftar etməkdə və onu öldürməkdə ittiham edib.

Libi 2013-cü ildə ABŞ-ın Tripoli şəhərində etdiyi reyd nəticəsində tutulmuşdu. Yanvarın 12-də o, 1998-ci ildə baş verən hücumlara görə məhkəmədə iştirak etməli idi.

ABŞ-ın iddiasına görə, onun təşkil etdiyi hücumlar nəticəsində Keniya və Tanzaniyada 220-dən çox adam öldürülüb. Əsl adı Nazih Abdul-Hamed al-Ruqai olan Liby terrorçuluq ittihamlarını rədd edirdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm